Ağstafada bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü M. Huseynli qolunun və qarnının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal yeniyetmə əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 29-da saat 01:30 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Şəxsə sağ saidin kəsilmiş yarası, qarının ön divarının kəsilmiş yarası, təpə nahiyəsinin hematoması diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam edir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.