Bank Of Baku

Ağsuda 18 yaşlı gənc intihar edib

Ağsuda 18 yaşlı gənc intihar edib
# 06 may 2023 08:42 (UTC +04:00)

Ağsuda intihar hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Fərəcov Ramil Rahim oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR