Bank Of Baku

Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB-1 - FOTO - VİDEO

Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB-1  - FOTO  - VİDEO
# 16 aprel 2025 15:43 (UTC +04:00)

Xəbərə video əlavə olunub.

***

14.54

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Bəxtiyar Nəsib oglu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oglu, 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.

***

13.59

Ağsuda güclü sel ekskavatoru aşırıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.

Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb.

Onun yol-təmir tikinti işləri aparan şirkətin ərazidə sahə rəisi olduğu bildirilir.

Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR