Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon sakini Şamil Bəşirova məxsus evin həyətyanı sahəsində keçirilən toy məclisində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Polis əməkdaşları toyu təşkil edən şəxslərlə profilaktik söhbət aparıb, pandemiya dövrünün tələblərini onların diqqətinə çatdırıb. Ev sahibi Ş.Bəşirov barəsində isə qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Ağsuda toy təşkilatçısı cərimələnib - VİDEO - YENİLƏNİB
© APA | Ağsuda toy təşkilatçısı cərimələnib
04 avqust 2021 16:38 (UTC +04:00)
Hadisə
Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib
11:42
6 may 2024
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib
11:34
6 may 2024
DİN: Ötən ay 6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb
11:29
6 may 2024
Şəmkirdə toyda qətl törətməyə cəhdə görə tutulan yeniyetmənin məhkəməsi başlayır
11:26
6 may 2024