Bank Of Baku

Ali Məhkəmə: İnzibati işlərin əksəriyyəti iddiaçıların xeyrinə yekunlaşıb

Ali Məhkəmə

© APA | Ali Məhkəmə

# 18 may 2023 16:24 (UTC +04:00)

2011-ci ildən fəaliyyətə başlamış inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlili göstərir ki, ötən illər ərzində məhkəmələrdə baxılan işlərin böyük əksəriyyəti iddiaçıların xeyrinə yekunlaşıb.

APA xəbər verir ki, bu barədə Ali Məhkəmənin inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair apardığı ümumiləşdirmədə qeyd olunub.

Son illər inzibati orqanlara qarşı təmin edilən iddialarda bir qədər azalma tendensiyası müşahidə olunsa da, rəqəmlər yenə də yüksək olmaqda davam edir. Məsələn, 2011-ci ildə baxılmış işlərin 84%-i, 2015-ci ildə 83%-i, 2017-ci ildə 90%-i, 2019-cu ildə 70%-i, 2020-ci ildə 57%-i, 2021-ci ildə 64%-i, 2022-ci ildə isə 74%-i vətəndaşların xeyrinə yekunlaşıb. Bu hal bir tərəfdən inzibati məhkəmələrin vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malik olduğunun təsdiqi kimi qəbul edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR