Paşha Bank
Bank Of Baku

Astarada mikroavtobus aşıb, xəsarət alanlar var- YENİLƏNİB-2 - VİDEO

Astarada mikroavtobus aşıb, xəsarət alanlar var- YENİLƏNİB-2  - VİDEO
# 11 noyabr 2026 14:22 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Astarada mikroavtobusun qəzaya uğraması barədə məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, bu gün, saat 09:45 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır", məlumatda deyilir.

***

14.08

Astarada yol qəzasında 16 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun xəbərinə görə, onlardan 4 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 12 nəfərə isə tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

12.54

Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 11 noyabr tarixində saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan APA-nın cənub bürosuna verilən xəbərə görə, onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

12.20

Astarada idarəetməni itirən mikroavtobus aşıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Astara istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-dan çox sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.

Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR