Bank Of Baku

Astarada qətlə yetirilən şəxs müəllim olub ​​​​​​- FOTO - YENİLƏNİB-1

Astarada qətlə yetirilən şəxs müəllim olub ​​​​​​- FOTO  - YENİLƏNİB-1
# 03 may 2023 15:47 (UTC +04:00)

Astarada meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar açıqlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, meyiti tapılan Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib.

O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.

Sakinlər mərhumun heç kimlə ədavətinin olmadığını bildiriblər.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Müayinədən sonra ölümün dəqiq səbəbi məlum olacaq.

Qeyd edək ki, Eynəli Əzizovun meyiti bu gün səhər Astarada Şümrüd kəndində meşə massivinə daxil olan ərazidə tapılıb. Onun balta ilə baş nahiyəsinin arxa hissəsinə vurulan zərbələrlə qətlə yetirildiyi deyilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

12.29

Astara rayonunda iki gün əvvəl itkin düşən 54 yaşlı kişinin meyiti tapılıb.

APA-nın məlumatına görə, Astara rayonunun Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizovun meyitinin bu gün rayon ərazisində aşkarlandığı bildirilir.

Onun hansı səbəbdən öldüyü məlum deyil.

İlkin məlumata görə, Astara sakininin balta ilə qətlə yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

11.58

Astara sakini itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara rayonunun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov srağagün axşam saat 7 radələrində evdən çıxıb və naməlum istiqamətə gedib. Onun evə gəlmədiyini görən yaxınları axtarışa başlayıblar. Bununla bağlı polisə müraciət edilib.

E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Sail Ağasəlim

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR