Axtarışda olan 54 nəfər tutulub

Axtarışda olan 54 nəfər tutulub
# 23 aprel 2022 09:49 (UTC +04:00)

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb. Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR