Bank Of Baku

Bakı dairəvi yolunda yük maşını aşıb, xəsarət alan var- FOTO - YENİLƏNİB

Bakı dairəvi yolunda yük maşını aşıb, xəsarət alan var- FOTO  - YENİLƏNİB
# 17 aprel 2023 11:52 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər kənar dairəvi yolunda qeydə alınmış qəza ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya bildirilib ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

***

11.09

Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, "Mercedes" markalı yük avtomobili yolda hərəkət edən zaman idarəetməni itirərək aşıb.

Əraziyə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR