Bank Of Baku

Bakı metrosunun deposunun əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı əfv olunub

Bakı metrosunun deposunun əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı əfv olunub
# 26 may 2025 10:06 (UTC +04:00)

Bakıda metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı əfv edilib.

APA xəbər verir ki, bu gün imzalanan əfv sərəncamı Fransa vətəndaşı Klerk Theqo Huqoya da şamil edilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin ötən ilin sentyabr ayında çıxardığı hökmə əsasən, Klerk Teqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib.

Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.

Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilib.

Hadisə ötən ilin aprelində baş verib.

Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo 30 mart 2024-cü il gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR