Bank Of Baku

Bakı-Qazax yolunda maşın piyadanı vuraraq öldürüb

Bakı-Qazax yolunda maşın piyadanı vuraraq öldürüb
# 13 aprel 2025 07:54 (UTC +04:00)

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun kimliyi hələlik bilinmir. Məlumata görə, piyadanı vuraraq hadisə yerindən qaçan avtomobil axtarılır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR