Bakı-Quba yolunda qəza olub.
APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. İdarəetməni itirən “Infinity” markalı minik avtomobili aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü Həsən Şabanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.