Bank Of Baku

Bakı sakinini bıçaqlayaraq telefonunu əlindən alan 3 nəfər tutulub

Bakı sakinini bıçaqlayaraq telefonunu əlindən alan 3 nəfər tutulub
# 19 aprel 2023 10:15 (UTC +04:00)

Aprelin 18-də saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin Bakı şəhər sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR