Bank Of Baku

Şərurda ağır qəza: bir ailənin üç üzvü ölüb - FOTO

Şərurda ağır qəza: bir ailənin üç üzvü ölüb - FOTO
# 06 iyul 2026 02:09 (UTC +04:00)

Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin üç üzvü həyatını itirib.

APA-nın məlumatına görə, qəza rayonun Püsyan kəndi ərazisindən keçən avtomobil yolunda baş verib.

Belə ki, "VAZ-2107" və "NAZ-Lifan" markalı minik avtomobillərinin toqquşması nəticəsində ata Nəvai Həsənov, ana Tamara Həsənova və onların azyaşlı övladı Alparslan Həsənov hadisə yerində ölüblər.

Qəza zamanı ailənin digər övladı İnci Həsənova və "NAZ-Lifan" markalı avtomobilin sürücüsü Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR