Bank Of Baku

Bakı və Sumqayıtda obyekt yanıb

Bakı və Sumqayıtda obyekt yanıb
# 16 noyabr 2022 18:26 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı tikilinin (qeyri-yaşayış, ofis kimi istifadə olunur) 1 otağının, dəhlizinin yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan əşyalar yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə ümumi sahəsi 22 m² olan birmərtəbəli obyektin (market kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 5 m² sahədə, içərisində olan 1 ədəd kondisioner və qismən əşyalar yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR