Bank Of Baku

Bakıda 2 nəfər bıçaqlanıb

Bakıda 2 nəfər bıçaqlanıb
# 11 fevral 2023 07:54 (UTC +04:00)

Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimova və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib. İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR