Bakıda yerləşən “İnternational” özəl tibbi klinikasında doğuş zamanı ölüm faktı qeydə alınıb.
APA-nın məlumatına görə, 1991-ci il təvəllüdlü Həsənova Xırda Sultanmurad qızı doğuşdan iki gün sonra evə buraxılıb. Bu gün isə o, dünyasını dəyişib.
Mərhumun yaxınları onun xəstəxanada həkimlərin səhlənkarlığı üzündən öldüyünü iddia ediblər.
Hadisə ilə bağlı Məhkəmə Tibbi ekspertizası təyin edilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.