Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanılıb - VİDEO

Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanılıb - VİDEO
# 20 may 2025 22:12 (UTC +04:00)

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli APA-ya bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR