Bank Of Baku

Bakıda avtomobil yanıb - VİDEO

Bakıda avtomobil yanıb - VİDEO
# 26 may 2025 10:31 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "HYUNDAİ” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, habelə yaxınlıqda park edilmiş digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və mühərriki yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR