Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib.
Nəticədə minik maşını yol kənarında nasaz vəziyyətdə dayanan “KamAZ” markalı yük maşınına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan minik maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.