Bank Of Baku

Bakıda axtarışda olan şəxs polislərə xəsarət yetirib - YENİLƏNİB

Bakıda axtarışda olan şəxs polislərə xəsarət yetirib - YENİLƏNİB
# 06 may 2023 23:13 (UTC +04:00)

Əqli çatışmazlığı olan şəxs polis əməkdaşlarına xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli çatışmazlığı olan H.Ağayevin aqressiv hərəkətləri ilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.

H. Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.

***

22.20

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü R. Y və 1985-ci il təvəllüdlü Y. X-ya bıçaq xəsarətləri yetirib. Bundan başqa o öz qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR