Bakıda binada baş verən partlayışda ölən şəxsin adı məlum olub.
APA xəbər verir ki, həmin şəxs 1999-cu il təvəllüdlü Rüstəmov Orxan Astan oğludur.
O yenicə ailə həyatı qurubmuş.
Hadisə vaxtı o birinci mərtəbədə olub, beton pilitələr üzərinə aşıb.
***
Saat 01:27
Bakıda binada baş verən partlayışda xəsarət alanların adı məlum olub.
APA xəbər verir ki, hadisə nəticəsində Nuruyeva Gülnarə və onun 13 yaşlı oğlu - Ağayev Kamil xəsarət alıb.
Onların müalicəsi Sabunçu Tibb Mərkəzində aparılır.
***
Saat 01:17
Bakının Sabunçu rayonunda binada partlayış olub.
APA xəbər verir ki, hadisə Anaşkin küçəsində qeydə alınıb.
Partlayış zamanı 2 nəfər ağır xəsarət alaraq xəstaxanaya yerləşdirilib.
Bir nəfərin isə hadisə yerində öldüyü bildirilir.
Əlavə məlumat veriləcək.