Bakının Nəsimi rayonunda yanğın baş verib.
APA xəbər verir ki, Ceyhun Səlimov 89 ünvanında yerləşən binanın qarşısındakı ağaclıq ərazidə qəflətən alovlanma baş verib.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı briqadası cəlb edilib. Alovun ətrafda olan binaya və avtomobillərə keçməsinin qarşısı alınıb.
Hazırda ağaclıq ərazidə olan alovun qarşısı tam alınıb.