Bank Of Baku

Bakıda ev yanıb, qardaş-bacının yanmış meyiti aşkar edilib - YENİLƏNİB

Bakıda ev yanıb, qardaş-bacının yanmış meyiti aşkar edilib - YENİLƏNİB
# 23 yanvar 2026 17:00 (UTC +04:00)

Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı yanaraq ölən şəxslərin kimliyi məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus 3 mərtəbəli evdə baş verib. Nəticədə ərazidən ev sahibinin qayınatası 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb.

Sənan Bəhrəmli

***

15.40

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR