Bank Of Baku

Bakıda 22 yaşlı oğlan bıçaqlanıb, saxlanılan var - YENİLƏNİB

Bakıda 22 yaşlı oğlan bıçaqlanıb, saxlanılan var - YENİLƏNİB
# 15 noyabr 2024 10:08 (UTC +04:00)

Sabunçu rayonunda 22 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA xəbər verir ki, noyabrın 15-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində 2002-ci il təvəllüdlü Ş.İsmayılova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü E.Sadıqov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***

07.11

Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz aalıb.

O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR