Bank Of Baku

Bakıda gənc oğlanı avtomobil vuraraq ayağını sındırıb

Bakıda gənc oğlanı avtomobil vuraraq ayağını sındırıb
# 14 aprel 2023 05:19 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü İsmayılov Aqşin Yaşar oğlu yolu keçərkən onu minik avtomobili vurub.

A.İsmayılov sol ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR