Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Möhsün Sənani və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, yol kəsişməsində idarəetməni itirən "Opel" markalı avtomobilin sürücüsü minik maşınını "Toyota Camry" markalı avtomobilə çırpıb. Daha sonra "Toyota Camry" dayanmış vəziyyətdə olan "KIA Optima" markalı avtomobilə çırpılıb.
Avtomobillərə zərər dəyib. Qəzaya uğramış maşınlar ərazidən uzaqlaşdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Elşən Yəhyayev