Bakıda yol-nəqliyyat hadisəsi olub.
APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşının - TIR sürücüsü qəfildən idarəetməni itirib. Daha sonra yük maşını eyni markalı minik maşınına çırpılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda sıxlığın yaranmaması üçün minik avtomobili yol kənarına çıxarılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Elşən Yəhyayev