Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Belə ki, “Opel” markalı nəqliyyat vasitəsi kəsişmədə “Daewoo Gentra” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “Daewoo Gentra” zibil qutusuna çırpılıb.
Yol qəzası zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerində Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparır.