Paytaxtın Yasamal rayonunda iki avtomobil toqquşub.
APA xəbər verir ki, hadisə Məhəmməd Xiyabani ilə Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisədə “Lada Priora” və “Hyundai” marakalı avtomobillər toqquşub.
Hər iki avtomobilə ziyan dəyib.
Hadisənin təfərrüatı araşdırılır.
Elşən Yəhyayev