Bank Of Baku

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 11 fevral 2023 01:08 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Zabrat 1 qəsəbəsində qeydə alınıb.

"Dacia" markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanmış vəziyyətdə olan "Hyundai" markalı avtomobilə çırpıb.

Nəticədə "Hyundai" markalı avtomobil yolun əks istiqamətinə çıxıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR