Bakıda iki sərnişin avtobusu toqquşub: xəsarət alanlar var - VİDEO

Bakıda iki sərnişin avtobusu toqquşub: xəsarət alanlar var - VİDEO
# 19 may 2025 23:34 (UTC +04:00)

Paytaxtın Sabunçu rayonu ərazisində iki sərnişin avtobusu toqquşub.

APA xəbər verir ki, hadisə 131 və 185 nömrəli marşrut avtobuslarının iştirakı ilə baş verib. Toqquşma nəticəsində bir neçə sərnişin xəsarət alıb.

Əraziyə dərhal təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.



Fərid Yusifov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR