Bank Of Baku

Bakıda kişi bacısına sataşan şəxs tərəfindən bıçaqlanıb - VİDEO

Bakıda kişi bacısına sataşan şəxs tərəfindən bıçaqlanıb - VİDEO
# 17 aprel 2023 09:08 (UTC +04:00)

Bakıda bıçaqlanma olub.

APA xəbər verir ki, hadisə Yasamal rayonu, X.Dadaşov küçəsi ev 94 ünvanın yaxınlığında qeydə alınıb.

Bakı şəhər sakini Mayılov Məmmədtağı Mətləb oğlu bacısı Aidə Mayılovanı narahat etməsi səbəbindən istintaqa məlum olmayan şəxslə aralarında yaranmış münaqişə zamanı həmin şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Aparılmış ilkin istintaqla qeyd olunan hadisənin törədilməsində şübhəli bilinən şəxsin 1973-cü il təvəllüdlü, Sadıqov Balaoğlan Ələmdar oğlu olması müəyyən edilib.

Həmin şəxsin tapılması və istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR