Bank Of Baku

Bakıda küçədə qeyri-adekvat hərəkət edən yarıçılpaq şəxs saxlanılıb

Bakıda küçədə qeyri-adekvat hərəkət edən yarıçılpaq şəxs saxlanılıb
# 06 aprel 2025 16:13 (UTC +04:00)

Bu gün günorta saatlarında sosial şəbəkədə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində bir şəxsin yarıçılpaq və anlaqsız vəziyyətdə qeyri-adekvat hərəkət etməsini əks etdirən videogörüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR