Nərimanov rayonu ərazisindəki mağazaların birindən 2022-ci ilin noyabr ayından cari il aprelin 15-dək olan müddətdə 20.000 manat dəyərində ərzaq mallarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən APA-ya verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin mağazada satıcı işləyən Abşeron rayon sakini Zahir Allahyarov saxlanılıb.
Araşdırma aparılır.