Bank Of Baku

Bakıda qəza baş verib, iki nəfər xəsarət alıb - FOTO

Bakıda qəza baş verib, iki nəfər xəsarət alıb  - FOTO
# 08 noyabr 2022 00:50 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bülbül prospekti və Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb.

Bülbül prospekti ilə hərəkət edən "VAZ-2107" markalı avtomobil qırmızı işıqda keçərək "Kia" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində "VAZ-2107"də olan iki nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Zərbənin gücündən "VAZ-2107" ciddi deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR