Bank Of Baku

Bakıda sevdiyi qadını qətlə yetirən şəxsə 16 il 6 ay cəza verilib

Bakıda sevdiyi qadını qətlə yetirən şəxsə 16 il 6 ay cəza verilib
# 20 aprel 2023 12:29 (UTC +04:00)

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədovun məhkəməsi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Məmmədov 16 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

İttihama görə, 1978-ci il təvəllüdlü Sahil Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı sevgi münasibətində olduğu 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanı bıçaqlayaraq qətlə yetirib.

S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR