Bakıda silah-sursat aşkarlanıb

Bakıda silah-sursat aşkarlanıb
# 12 iyun 2025 11:04 (UTC +04:00)

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Yasamal rayon sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Binəqədi və Qaradağ rayonları ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 1 patron darağı və 15 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR