Bank Of Baku

Bakıda tikilməkdə olan yaşayış binasının sökülməsinə aydınlıq gətirilib - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda tikilməkdə olan yaşayış binasının sökülməsinə aydınlıq gətirilib - FOTO  - YENİLƏNİB  - VİDEO
# 07 sentyabr 2022 15:08 (UTC +04:00)

“Sakinlərin şikayəti əsasında iki hündür binanın yanında tikinti aparılan əraziyə baxış keçirilib. Nəticədə qanunsuz tikinti aşkarlanaraq söküntü qərarı verilib”.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bas Dövlət Tikinti Müfəttişliyinin Nəsimi rayon müfəttişi Faiq Sadıqov deyib.

F. Sadıqov bildirib ki, tikinti üçün verilmiş göstəriş və qərarlara əməl edilməyinə görə söküntü həyata keçirilir: “Söküntü işləri Nəsimi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə aparılır. Torpağın çıxarış və ya şəhadətnaməsinin olmasına baxmayaraq, tikinti qanuna uyğun həyata keçirilməlidir. Bura da isə layihədən kənar, razılaşdırılmamış, qeyri-qanuni tikinti işləri aparılır. Ona görə söküntü işlərinə qərar verilib”.

***

14.14

Bakıda qanunsuz tikilməkdə olan yaşayış binası sökülür.

APA xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu C. Məmmədquluzadə küçəsi 998-ci məhəlləda qanunsuz inşası aparılan binanın sökülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri gəlib.

Artıq binanın sökülməsinə başlanılıb.

Nərmin Murad

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR