Fövqəladə Hallar Nazirliyinin Bakının Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA xəbər verir ki, Xarici dairəvi yolu 8 ünvanında baş vermiş yanğınla bağlı nazirliyin 112 xidmətinə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub.
***
Saat 02:17
Xəbərə video əlavə edilib.
***
Saat 23:58
Bakının Yasamal rayonunda yanğın baş verib.
APA xəbər verir ki, hadisə rayon ərazisindəki supermarket şəbəkələrindən birinin ərazisində qeydə alınıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası cəlb edilib. Hazırda alovun qarşısı alınıb və soyutma işləri aparılır.