Bakının Nərimanov rayonunda iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində baş verib.
İlkin məlumata görə, qəza yük avtomobillərindən birinin əks istiqamətdən gələn digər avtomobilin yoluna çıxması nəticəsində baş verib.
Toqquşma zamanı sürücülərdən biri ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Sənan Bəhrəmli
***
23:58
Bakının Nərimanov rayonunda yük avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən məhdudlaşdırılan hərəkət tam bərpa edilib.
***
23:09
Bakının Nərimanov rayonunda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, qəza Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində qeydə alınıb.
Hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda polis əməkdaşları yük avtomobilinin hadisə yerindən kənarlaşdırılması və hərəkətin bərpası istiqamətində zəruri tədbirlər görürlər.