Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “AUDİ” markalı minik avtomobilinin salonunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və salonu yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
***
15.31
Səbail rayonunda minik avtomobilində yanğın olub.
APA xəbər verir ki, hadisə “Sahil” metrosunun yaxınlığında qeydə alınıb. "Audi" markalı avtomobil qəflətən alışaraq yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və texnikası cəlb olunub. Yanğın söndürülüb.