Bank Of Baku

Bakının mərkəzində restoranda yanğın başlayıb - YENİLƏNİB-1 - FOTO - VİDEO

Bakının mərkəzində restoranda yanğın başlayıb - YENİLƏNİB-1  - FOTO  - VİDEO
# 07 avqust 2026 12:20 (UTC +04:00)

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində binanın birinci mərtəbəsində yerləşən restronda yanğnla mübarizə tədbirləri davam etdirilir.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, restoranda olan şəxslər, o cümlədən bina sakinləri təxliyə edilib.

Ərazidə FHN-in qərargahı yaradılıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general mayoru Asif Məmmədli hadisə yerinə gəlib.

***

12.05

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Əlavə məlumat veriləcək.

***

11.23

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Obyektdə baş vermiş yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR