Bank Of Baku

Suriya DİN partlayış zamanı ölənlərin olması ilə bağlı məlumatı təkzib edib - YENİLƏNİB 2

Suriya DİN partlayış zamanı ölənlərin olması ilə bağlı məlumatı təkzib edib - YENİLƏNİB 2
# 07 avqust 2026 03:02 (UTC +04:00)

Suriyanın Daxili İşlər Nazirliyi Dəməşqin yaxınlığında baş verən mikroavtobus partlayışında ölənlərin olduğu barədə məlumatları təkzib edib.

APA xəbər verir ki, bu barədə nazirliyin “Telegram” kanalında məlumat verilib.

"Daxili İşlər Nazirliyi Cərəman ətrafında baş verən və 14 mülki şəxsin yaralanması ilə nəticələnən partlayışla bağlı araşdırmasını davam etdirir", - məlumatda deyilir.

"Syria TV"-nin məlumatına görə, paytaxtın Səhiyyə Departamentinin nümayəndələri də ölənlər barədə məlumatları təkzib ediblər.

***

23:59

Paytaxt Dəməşq yaxnlığında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Bu barədə Türkiyənin “Anadolu” agentliyi hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

***

21:38

Suriyada paytaxt Dəməşqin Cəramana bölgəsində partlayış olub, ölən və yaralananların olduğu bildirilir.

APA xəbər verir ki, bu barədə “Al-Ikhbariya” telekanalı məlumat yayıb.

Məlumata görə, druzların yaşadığı ərazidə mikroavtobusa yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

Ölən və yaralananların dəqiq sayı haqda məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR