Bank Of Baku

Balakəndə 50 yaşlı qadını avtomobil vuraraq öldürüb

Balakəndə 50 yaşlı qadını avtomobil vuraraq öldürüb
# 14 aprel 2025 17:17 (UTC +04:00)

Balakəndə piyadanı avtomobil vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral avtomobil yolunda, Balakən rayonu Katex kəndi ərazisində baş verib. Rayon sakini Şaban Ramazanovun idarə etdiyi “KİA” markalı minik avtomobili Katex kənd sakini 50 yaşlı Nazxanım Qallaçiyevanı vurub.

Müxtəlif xəsarətlər alan N.Qallaçiyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR