Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın xəbərinə görə, rayonun Mahamalar kənd sakini, 1965-ci il təvəllüdlü Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 58 yaşlı R.Piriyevaya bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, hadisəni törədən şəxs saxlanılıb və qadının xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub.
Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.