Bank Of Baku

Balakəndə kafedə xuliqanlıq edilib, bir nəfər saxlanılıb

Balakəndə kafedə xuliqanlıq edilib, bir nəfər saxlanılıb
# 05 noyabr 2025 13:39 (UTC +04:00)

Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb. Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR