Bank Of Baku

Balakəndə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO

Balakəndə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1  - FOTO
# 10 avqust 2026 10:49 (UTC +04:00)

Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) 10 avqust tarixində saat 09:15 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın yerli bürosuna TƏBİB-dən məlumat verilib.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. Hadisə nəticəsində 3 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

***

10.12

Balakəndə baş verən yol qəzasında üç nəfər ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Ölənlərdən birinin "Toyota"da olan sərnişin, Balakənin Sarıbulaq kənd sakini Rəşad Mütəllibov və "Hyundai"nin sürücüsü Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir.

***

09.47

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunda, Balakənin Katex kəndi ərazisində baş verib.

“Hyundai”, “KİA” və “Toyota" markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR