Rusiya və Suriya Moskvanın ölkədəki hərbi mövcudluğunun yenidən təşkili ilə bağlı memorandum imzalayıb.
Bu barədə SANA məlumat yayıb.
Sazişə əsasən, Xmeymim hava limanının mülki infrastrukturuna və Tartus limanındakı dördüncü kommersiya körpüsünə nəzarət mərhələli şəkildə Dəməşqə veriləcək.
Bundan əlavə, Xmeymim və Tartusdakı Rusiya hərbi obyektlərinin birgə Rusiya-Suriya təlim və ixtisasartırma mərkəzlərinə çevrilməsi planlaşdırılır.
Yeni formata keçidin üç ayadək müddətdə başa çatdırılması nəzərdə tutulur.
Suriyanın Xarici İşlər Nazirliyi razılaşmanı Dəməşq və Moskva arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.