Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəza Uzundərə ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.